Beyni necə cavanlaşdırmalı?

  • By admin
  • 06 Mart 2017 17:27

unnamed (11)

İnsanlar 30 yaşını keçdikdən sonra beynində  yaşlanma sürətlənir.  Bu da  öz növbəsində yaddaş problemləri və alzeymer xəstəliyi kimi  özünü büruzə verir. Lakin sağlam qidalanaraq beynin yaşlanmasının qarşısını almaq mümkündür.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, doğru qidalanmaq beyni inkişaf etdirib, zehni və yaddaşı gücləndirməyin əsas  vasitədir.

Türkiyənin tanınmış elm adamı,  professor, doktor İlhan Elmacı beyinə yaxşı təsir edən qidalar haqqında  geniş məlumat verib.

Fol turşusu

Bədəndəki bütün hüceyrələr kimi beyin hüceyrələri də qidaya ehtiyac duyur. Doğru qidalanmamaq sinir sisteminə mənfi təsir edir. Vitaminlərlə, minerallarla zəngin qidalar yemədikdə beyindəki hüceyrələrin sayı azalır. Beyni qidalandıran, onun inkişafını dəstəkləyən ən önəmli maddələrdən biri də fol turşusudur. İnsan beynində inkişaf o hələ ana bətnində olarkən başladığından, hamilələr fol turşusu ilə zəngin qidalanmalıdırlar.Fol turşusu  ən çox paxla, göy noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalarda zəngindir.

Karbohidrat 

Beynin enerji qaynağı qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasından ya da artmasından asılı olaraq, müəyyən problemlər baş verir.

Paxla, kartof, banan, alma karbohidratla zəngin qidalardır. Yağlı balıqlar beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki doymuş yağlar beyinə faydalıdır. Həftədə 3 dəfə  banan, yağsız süd və qatıq yeyin. 

B qrup vitaminlər 

B vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beynin əmrlərini icra edən sinir sisteminə zərər dəyir. Yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür. B vitamini

ən çox ət, balıq, yağsız süd, qatıq, banan, göyərtilər, lobya, mərci, noxudda bol miqdarda olur.

Yumurta 

Beyin üçün faydalı maddələrdən biri də “kolin”dir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yumurtadır. Yumurta ilə yanaşı, yer fındığı, balıq, göyərtilər, soya və kətan toxumu da kolinlə zəngindir.  Yumurtanın tərkibindəki amin turşuları isə beyin hüceyrələrinin funksiyalarını yaxşılaşdırır.

Badam

E vitamini beynin yaşlanmasının qarşısını alır. Ona görə də, badam kimi E vitamini ilə zəngin qidalar yemək lazımdır. Badamla yanaşı qoz, fındıq, yer fındığı, günəbaxan tumu, susam, kətan toxumu da beyin sağlamlığı üçün əhəmiyyətli rol oynayır.

Üzüm

Son illərdə aparılan araşdırmalar üzümün dopamin hormonunun səviyyəsini artırdığını ortaya çıxarıb. Üzüm yeyən insanlar problemləri daha tez həll etməyə nail olurlar. Tərkibində bol miqdarda “bor” turşusu olan üzüm beyin sağlamlığına yaxşı təsir edir. Alma və fındıq da borla zəngin meyvələrdir.

Göyəm

Göyəm, çiyələk, pomidor, kök kimi meyvə və tərəvəzlərdə çoxlu miqdarda antioksidant  var. Antioksidantlar isə beynin yaşlanmasının qarşısını alır. Göyəm yaddaşı möhkəmləndirir və  beyni stressin zərərli təsirindən qoruyur.

Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?

Gülnaz Qənbərli

Gülnaz Qənbərli