“Beynimdən ancaq belə bir fikir keçir-avtomatı əlimə alıb gedib erməniləri öldürüm…” - XALQ ARTİSTİ

  • By admin
  • 20 Yanvar 2017 11:44

aygun-2

“Bütün o torpaqlarımız işğaldan azad olsun, o cümlədən, mənim doğulduğum Ağdam torpağı, vallah, qarış-qarış gəzərəm oranı, ayaqyalın gedərəm oralara…”

“Ağdamın işğal altında olmayan ərazilərində keçirilən tədbirlərdən qayıdıb Bakıya gələndə neçə gün özümdə olmuram, ürəyim az qala partlaya.Orada olarkən də beynimdən ancaq belə bir fikir keçir-bu saat avtomatı əlimə alıb gedib erməniləri öldürəcəyəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında Xalq artisti Aygün Bayramova dilə gətirib.

“Bildiyiniz kimi, mən dünyaya Qarabağımızın dilbər guşələrindən olan Ağdamda göz açmışam, eyni zamanda, məhz Ağdamda 9 yaşından bu sənətə gəlmişəm. Mən o günlərimi xatırlayanda gözlərim dolur, göz yaşlarıma hakim ola bilmirəm. Çünki mənim ifam orada başlayıb. Mən oradan başlamışam oxumağa”-deyən, A. Bayramovanın sözlərinə görə, indi Ağdam, Qarabağ haqqında keçmiş zamanda danışmaq, ağdamsızlıq, qarabağsızlıq ona çox ağır gəlir:

“Mən o torpaqda böyümüşəm, o torpaqda dünyaya göz açmışam, oranın suyunu içmişəm, havasını udmuşam, çörəyini yemişəm. İndi bu haqda danışmaq mənim üçün çox çətindir. Ağdamda tədbirlər olan vaxt inanın ki, bir Allah bilir mən hansı hisslər keçirirəm. Oradan qayıdıb gələndə günlərlə özümdə olmuram. Həm də orada olarkən yalnız bir hiss beynimdən keçir, yəni, bu saat avtomatı əlimə alıb gedib erməniləri öldürəcəyəm. Bu hissdən başqa mən də ayrı hiss olmur”.

A. Bayramova ancaq eyni zamanda inarır ki, çox yaxın zamanlarda biz yenə o torpaqlara qayıdacağıq, torpaqlarımız murdar erməni işğalından azad olunacaq.

“Özü də ermənilər çox qorxaq və həyasız millətdirlər. Onlar görürsünüz hələ də indiyə qədər yalanlarla məşğuldurlar. Ancaq Qarabağ heç zaman onların olmayıb və olmayacaq da. Ağdamın, Qarabağın işğaldan azad edildiyini də eşitmək bir ağdamlı , bir qarabağlı kimi mənim üçün çox böyük bir bayram olar.İnanın, bütün o torpaqlarımız işğaldan azad olsun, o cümlədən, mənim doğulduğum Ağdam torpağı, vallah, qarış-qarış gəzərəm oranı, ayaqyalın gedərəm oralara. “Qarabağ şikəstəsi” ilə bu sənətə gəlmişəm, elə oradaca ilk olaraq “Qarabağ şikəstəsi”ni oxuyardım. Dizlərimi yerə qoyardım, torpağımı öpərdim…”-deyə, xalq artisti daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info