Beynində çip olan ilk pasiyent şahmat oynadı - Video

Beyninə “Neuralink” şirkətinin çipi yerləşdirilən ilk pasiyent Nolan Arbo düşüncəsinin gücündən istifadə edərək şahmat oynayıb. 

 

Gununsesi.info xəbər verir ki, oyun şirkətin “X” hesabında yayımlanıb.

 

Bildirilir ki, beyninə çip yerləşdirilən ilk insan 29 yaşlı N.Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olub. O, boynundan aşağı heç bir bədən üzvünü hiss etmir.

Onun hazırda çip sayəsində öz noutbukunda sadəcə bu barədə düşünərək şahmat lövhəsində kursoru hərəkət etdirə bildiyi vurğulanıb. Arbonun sözlərinə görə, fasilələrlə kompüter oyunları oynayır: “Bu, hələ ideal deyil, qarşıda çox iş var, lakin həyatım artıq dəyişib”.

Xatırladaq ki, “Neuralink” tərəfindən N.Arbonun beyninə yanvarın 28-i ilk dəfə olaraq kompüter çipi yerləşdirilib. Çipə “Telepathy” adı verilib. Çip insanlara düşüncələrinin gücü ilə elektron cihazları idarə etmək imkanı yaradır.