Beyons ilə Kim Kardaşyan arasında dava böyüyür - MÜĞƏNNİ ERMƏNİ PORNO ULDUZUN HƏDİYYƏSİNİ RƏDD EDİB

  • By admin
  • 14 İyul 2017 17:18

Beyonce-Kim-Kardashian-Main

Dünya şöhrətli amerikalı müğənni Beyons ilə erməni porno ulduz Kim Kardaşyan arasında dava böyüməkdədir.

Gununsesi.info primetime.az-a istinadən xəbər verir ki, Beyons yeni dünyaya gələn əkizləri üçün Kardaşyanın xəstəxanaya göndərdiyi hədiyyələri geri qaytarıb.

Kardaşyanın Rumi və Sir Carter adlı əkizlərə qızıl qutuda göndərdiyi məşhur dizaynerə aid uşaq paltarlarının 150 min dollar dəyərində olduğu bildirilib.

Qeyd edək ki, Kim Kardaşyan ilə Keyn Vest son dövrdə baş verən mübahisələrdən sonra Beyons və Cey Ziylə dostluqlarına son qoymuşdu. Keyn noyabr ayında Sent Pablo turnesi çərçivəsində verdiyi bir konsertdə yaxın dostları olan Beyons və Cey Zinin həyat yoldaşı Kim Kardaşyanın Parisdə yaşadığı qarətdən sonra onları axtarmadığını demişdi. O, məşhur cütlüyü sərt ifadələrlə günahlandırmışdı.

Gununsesi.info