Hollivud ulduzları Beyonsla həyat yoldaşı Cey Zi Demokratlar partiyasından ABŞprezidentliyinə namizəd Hillari Klintonu seçkilərdə dəstəkləyənlərdən olub.
Gununsesi.info “Elle.ru”ya istinadən xəbər verir ki, H. Klinton seçkilərdən məğlub çıxsa da, Cey Zini özünü siyasət aləmində sınamağa ruhlandırıb.
Anonim mənbənin sölzərinə görə, Cey Zi siyasi karyeraya başlamaq istəyir və Beyons da onu bu yolda sona qədər dəstəkləyir.
Xatırladaq ki, müğənni ilə əri həmişə Demokratlar partiyasının tərəfində olub. Belə ki, Beyons 2012-ci ildə Barak Obamanın inaqurasiya mərasimində ABŞ-ın dövlət himnini səsləndirib. Cütlük ABŞ-ın 44-cü prezidentinin ailəsi ilə şəxsən tanışdır.
Gununsesi.info