Beyonsun pərəstişkarlarından şahzadə ailəsinə etiraz

  • By admin
  • 04 Sentyabr 2017 23:30

132337_z13lchw8tm
Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middltonun 3-cü dəfə ana olmağa hazırlaşması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, krallığın rəsmi Tvitter səhifəsində verilən bu açıqlama müğənni Beyonsun pərəstişkarlarını qəzəbləndirib.

Onlar bu gün doğum gününü qeyd edən ifaçının arxa planda qalmasının günahkarı kimi bu xəbərin yayımlanmasını görürlər. 36 yaşını tamam edən sənətçinin sevənləri hətta kral ailəsinin bu hərəkətinin “eqoistcə” davranış olduğunu vurğulayıblar. Tvitter sosial şəbəkəsində tez bir zamanda narazılıq dolu mesajlar yazılmağa başlayıb. Beyons isə bu məsələyə susqun qalaraq münasibət bildirməyib.

Qeyd edək ki, Keytlə Uilyamın Corc adlı 4 yaşlı oğlu, Şarlotta adlı 2 yaşlı qızı var.

 

Gununsesi.info