İş adamı Ehtiram Quliyev “Turan-Tovuz” futbol klubunun rəhbərliyindən gedir.
Gununsesi.info-nun xəbərinə görə, adıçıkilən klubun inkişafında mühüm rolu olan iş adamının getmək barədə qərarı təəccübə səbəb olub.
İddialara görə, hökumət daxilindəki bəzi şəxslər iş adamını klubdan soyudub.
Halbuki, onun fəaliyyəti təkcə komandanın oyun nəticələri ilə deyil, klubun maliyyələşməsi, infrastrukturunun qurulması və Tovuz futbolunun yenidən canlanması ilə nəticələnmişdi.
Jurnalist Elçin Rüstəmli isə yazıb ki, Ehtiram Quliyev klubun inkişafına milyonlarla vəsaitini qoyub:
“15-20 milyon pul xərclədi, böyük zəhmət, enerji sərf etdi, amma əməyini burnundan gətirdilər, bezdirdilər, iyrəndirdilər. Çox təəssüf…”
Firuzə Mahmudova










