Bezosun keçmiş arvadı bir neçə saatlıq dünyanın ən zəngin qadını oldu

  • By admin
  • 14 İyul 2020 10:22

“Amazon” şirkətinin baş direktoru Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ötən gün axşam bir neçə saatlıq dünyanın ən zəngin qadını olub.

Gununsesi.org bildirir ki, bu barədə “Forbes” xəbər verib.

Belə ki, ötən gün saat 19:30-da onun sərvətinin 65,2 milyard dollar həcmində qiymətləndirilib. Səhər saatlarında isə “L’Oreal”ın təsisçisinin nəvəsi Fransuaza Betankur-Mayer siyahıda lider mövqeyini özünə qaytarıb. Onun sərvəti 64,8 milyard dollar qiymətləndirildiyi halda, M.Bezosun sərvəti 60.8 milyard dollara qədər geriləyib.

Xatırladaq ki, 2019-cu ildə boşandıqdan sonra Makkenzi Bezos keçmiş həyat yoldaşının şirkətinin səhmlərinin 25 faizinə sahib olub.

Gununsesi.org