Bibisini öldürənə 24 yaşlı gəncə 18 il hökm oxundu

  • By admin
  • 18 Aprel 2018 12:52

24 yaşlı Vüsal Şıxəliyev bibisini baltaladığına görə 18 il azadlıqdan məhrum edilib.  Aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Gununsesi.info xəbər verir ki, məhkəmədə Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevanı namus üstündəöldürdüyünü deyib.

Vüsal Şıxəliyev bibisinin həyətində kirayədə yaşayan Röyal Əhmədova 50 manat borc verib. Vüsal pulunu almaq üçün R.Əhmədovun yaşadığı evə gəlib. Bu zaman həmin evdə bibisini görüb və aralarında münasibət olduğundan şübhələnərək onu döyərək həyətə çıxarıb. Səsə Yeganə İmamverdiyevanın uşaqları gəlib. Vüsal Şıxəliyev oradan uzaqlaşıb.

Daha sonra səhər saat 7 radələrində bibisi yatarkən onun otağına girib və onu baltalayəb. 43 yaşlı Yeganəİmamverdiyeva xəstəxanada dünyasını dəyişib.

Gülər

Gununsesi.info