
Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanan bacıların həyati təhlükəsi yoxdur.
Səhiyyə Nazirliyindən Gununsesi.org-a daxil olan məlumata görə, 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudova gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.
Xatırladaq ki, İmişli rayon sakini Samir Quliyev yoldaşı Ruhəngiz Mahmudovaya 14, baldızı Roza Mahmudovaya isə 5 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb.
Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Gununsesi.org