Biləcəri TXM-də tüstülənmə olub

Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – məlumatda qeyd edilib.

 

 

Gununsesi.info