Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür - FOTOLAR

  • By admin
  • 15 Noyabr 2016 14:44

bileceri

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına noyabrın 19-dan etibarən Biləcəri və Xırdalan  stansiyalarında dayanacaq verilməsi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Gununsesi.info-ya verdiyi məlumata görə, bununla bağlı hazırlıq işləri başa çatmaq üzrədir.

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.

Xırdalan stansiyasiyasında isə 450 metr  uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.

bilecer1 bileceri2

Gununsesi.info