Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza baş verib

  • By ilhame
  • 12 Mart 2024 19:13

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol qəza olub.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıb.

 

Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info