Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.
Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info