Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

  • By ilhame
  • 15 Sentyabr 2024 12:31

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

 

Gununsesi.info-nun məlumatına görə, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Gununsesi.info