
Biləsuvar rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Gununsesi.info Muğan bürosunun məlumatına görə, bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
F.Qürbətov çıxışında Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik edib və onlara xoş arzularını çatdırıb. Tədbirdə geniş konsert proqramı təqdim olunub.
Cəlilabadda da 8 Noyabr – Zəfər Günü qeyd edilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Parkı Abidə Kompleksi ziyarət edilib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra 44 günlük Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunan video-çarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Gununsesi.info