Biləsuvarda 35 yaşlı kişi bıçaqlanıb

  • By admin
  • 16 Fevral 2024 08:43

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

N.Şahbazovun sözlərinə görə o, tanıdığı şəxs tərəfindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info