Biləsuvarda 7 yaşlı qız açar udub

Biləsuvarda 7 yaşlı qız açar udub


Biləsuvarda nəzarətsiz qalan 7 yaşlı qız açar udub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini Şəfanə Ramil qızı Əmənli ailə üzvlərinin nəzarətindən yayınaraq qapının açarını udub. Yaxınları onu xəstəxanaya çatdırıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Əmənli əvvəlcə burada müayinə olunub. Lazımi tədbirlər görüldükdən sonra isə Bakıya göndərilib.

 

Gununsesi.info

COMMENTS