Biləsuvarda ağır qəza: Ölən və yaralananlar var

Fevralın 18-də saat 19:00 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində bir nəfərin ölməsi və yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, baş verən qəzada iki minik avtomobili toqquşub.

HTML tutorial

Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü, 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, iki sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info