Biləsuvarda bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilir

  • By ilhame
  • 07 Mart 2024 19:40

Biləsuvar rayonunda bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilib.

Bu barədə Gununsesi.info-nun yerli bürosuna Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Belə ki, mərkəzin Bitkiçilik Sektorunun mütəxəsisləri rayon ərazisində fermerlərə məxsus taxıl sahələrində monitorinqlər keçirib. Monitorinq zamanı bəzi taxıl sahələrində pas xəstəlikləri müşahidə edilib. Bununla əlaqədar fermerlərə taxıl sahələrində pas xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı bəzi tövsiyələr hazırlanıb.

Bu xəstəlik taxıl sahələrinə ciddi ziyan vurmaqla məhsuldarlığı xeyli aşağı salır.

Qeyd edək ki, ölkəmizdə əsasən sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılıb. Bu xəstəliyə qarşı aqrotexniki, eyni zamanda kimyəvi mübarizə tədbirləri aparılır.

Gununsesi.info