Biləsuvarda baş tutan aksiyada 10 ailə adından 5 müraciət ünvanlandı

Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb.

“Səyyar qəbul otağı”na qatılan sakinlərdən Əmrah Tağıyev rayonun Əli Muğanlı küçəsində yaşayan 5 ailənin ortaq problemi olan küçə qaz xəttinin çəkilməsini xahiş edib.

Qalan 4 müraciətin məğzi isə qaz sayğacının yenisi ilə əvəzlənməsi, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılması kimi məsələlərlə bağlı olub.

Lənkəran RQİİ-nin rəhbər şəxsləri ünvanlanan problemlərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildiriblər.

 

 

Gununsesi.info