
Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Bəydili kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 32 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info