Biləsuvarda ev yanıb: 4 yaşlı uşaq ölüb

  • By admin
  • 07 Aprel 2017 07:06

ev yanib

Biləsuvar rayonunda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Gununsesi.info