
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun “Report”a istinadən məlumatına görə, bu gün axşam saatlarında fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var.
Fəhlələr pambıq yığımından qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Gununsesi.info