Biləsuvar rayonunda qanunsuz ov edən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 18-də Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində qanunsuz ov etdiyinə görə kənd sakini Müşfiq Müslümov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “TOZ-25” markalı ov tüfəngi götürülüb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib.
Anar
Gununsesi.info