Biləsuvarda payız əkininə hazırlıq işləri aparılır.
Gununsesi.info-nun Muğan bürosunun məlumatına görə, rayon ərazisində payız əkinində 32 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır. Artıq sözügedən əkin sahələrinin 81,2 %-də şum işləri aparılıb.
Sahələrdə əsasən arpa, buğda və vələmir kimi dənli bitkilərinin əkini planlaşdırılır.
Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 34 574,1 hektar sahədə dənli bitkilər becərilib.
Gununsesi.info