Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub.

 

Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

 

 

 

Gununsesi.info