Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq öldü

  • By Ayshan
  • 07 Noyabr 2025 09:29

Biləsuvarda qadın sobanın üzərinə yıxılaraq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbəsində baş verib.

Belə ki, Məkurə Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətəri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.