Biləsuvarda qanunsuz silahlar polisə təhvil verildi

  • By Günel
  • 17 Fevral 2025 20:54

Biləsuvar rayonunda qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib.

Gununsesi.info xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində növbəti profilaktik tədbirlər keçirilib.

Tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan müxtəlif markalı 15 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Gununsesi.info