Biləsuvar rayonunda qızılca virusuna qarşı peyvəndləmə işləri davam edir.
Gununsesi.info-nun məlumatına görə, ötən üç ay ərzində (dekabr, yanvar və fevral) 745 azyaşlı bu virusa qarşı peyvənd olunub.
Həmçinin Biləsuvar rayonunda dekabr ayında 19 nəfər, yanvar ayında 7 nəfər bu virusa yoluxub.
Fevral ayında və hələlik mart ayında bu xəstəliyə yoluxma qeydə alınmayıb. Eyni zamanda əvvəllər peyvənddən imtina edən 2-11 yaş arası 64 nəfər ötən ay peyvəndə cəlb olunub.
Gununsesi.info