Biləsuvarda yol qəzası- 1 ÖLÜ, 2 YARALI

Biləsuvarda yol qəzası

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Gununsesi.info apa-ya istinadən məlumatına görə, iki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS