Biləsuvarda yol qəzası - YARALI VAR

  • By admin
  • 15 Sentyabr 2017 19:44

qeza_0369

Gununsesi.info xəbər verir ki, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, minik avtomobili ilə motosiklet toqquşub. Bu zaman motosikletin sürücüsü, Xırmandalı kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Gülağa oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, R.Abdullayevin atası G.Abdullayev əvvələr Dövlət Yol Polisinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info