Biləsuvarda zəncirvari yol qəzası baş verdi – 2 nəfər yaralandı- YENİLƏNİB

Biləsuvarda zəncirvari yol qəzası baş verdi – 2 nəfər yaralandı

yollllllllllllllllllllllllllllllllll

Biləsuvarda zəncirvari yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, rayon ərazisində avtobus, QAZ – 53 markalı yük maşını və minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

***

Yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

Xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.

Gununsesi.info

COMMENTS