Biləsuvarda 3 otaqlı ev yanıb

  • By admin
  • 14 Mart 2017 08:32

ev yanib

Biləsuvarda yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Nəsimi kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info