Biləsuvarda çoban bıçaqlandı

  • By admin
  • 13 Fevral 2018 18:13
Biləsuvar rayonunda çoban bıçaqlanıb.
Gununsesi.info report-a istinadən  xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, Davud Bayramov kürək nahiyəsindən bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
İlkin məlumata görə, çobanlıqla məşğul olan D.Bayramov Səmədabad kəndi ərazisində yerləşən fermada çalışan digər çoban tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info