Biləsuvarda məktəb direktoru ilə müəllim arasında insident yaşandı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 24 Fevral 2023 21:32

Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş verən insident araşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Şirvan-Salyan Təhsil İdarəsindən məlumat verilib.

“Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə tərəfimizdən araşdırılır. Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək”, – deyə idarədən bildirilib.

20:09

Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

Görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında hər baş verən münaqişə lentə alınıb.

Həmin hadisənin görüntülərini təqdim edirik:

Gununsesi.info