Biləsuvarda pambıq yığan qadınlar dalaşdı

  • By admin
  • 07 Noyabr 2017 18:30

Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb.

Gununsesi.in report-a istinadən xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb.

Belə ki, xəsarət alan qadınlar – rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir – biri ilə mübahisə ediblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info