Gununsesi.info xəbər verir ki, xalq artisti bu barədə özünün “facebook” səhifəsində məlumat yayıb.
Məlumatda qeyd olunub ki, B.əliyevin 44 yaşlı qardaşı Şöhrət Əliyev dünyasını dəyişib.
Bilal Əliyev aznews.az-a açıqlamasına bildirib ki, Şöhrət çox sağlam idi, qəfildən beyninə qan sızdı. Bu gün onun 40 mərasimidir. Özüm bilərəkdən heç kəsə demədim, qışdır, soyuqdur, gəlib-getmək var, insanlara əziyyət verməyək. Hazırda Salyandayıq.
Bilal Əliyev qeyd edib ki, bundan iki il əvvəl də daha bir qardaşı 44 yaşında dünyasını dəyişib: “Belə yazılıbmış, qardaşlarımın ikisi də 44 yaşında dünyasını dəyişdi”.
Gununsesi.info