Bild: Almaniya Ukraynaya hərbi yardımı iki dəfə artırmaq niyyətindədir

  • By ilhame
  • 11 Noyabr 2023 19:36

Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, yeniləri üçün isə Müdafiə Nazirliyinə cəmi 120 milyon avro qalıb. Qurum əlavə 5 milyard avro tələb edib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib.

Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişiklikləri gələn həftə nəzərdən keçirmək niyyətindədir.

Gununsesi.info