Biləsuvarda qaz təchizatında problem düzəldi - YENİLƏNDİ

  • By Günel
  • 26 Mart 2025 21:39

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a sakinlər məlumat verib.

Belə ki, artıq 2 saatdır ki, bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilib.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinin Biləsuvar xidmət sahəsindən bildirilib ki, yaranan problem şəhər ərazisində qaz tənzimləyici qurğuda yaranan tutulma ilə əlaqədardır. Hazırda problem aradan qaldırılır.

***

Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında yaranan problem aradan qaldırılıb.

Bu barədə sakinlər məlumat verib.

Gununsesi.info