Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi sabahdan davam edir

  • By admin
  • 21 Noyabr 2016 18:11
yol
Sabahdan etibarən Bilgəh-Novxanı-Sumqayıt,  Bakı-Rusiya, Bakı-Şamaxı avtomobil yolunun ikinci hissəsinin layihəsi üzrə  işlərə start veriləcək.
Bu barədə Gununsesi.info-ya “Azəravtoyol”ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə,  layihəyə əsasən 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. “Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur. Bu yolun inşasında əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrini strateji əhəmiyyətli Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil magistralı vasitəsilə paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində beynəlxalq nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, yeni magistral həmin yaşayış məntəqələrinə Bakı-Şamaxı avtomobil yoluna çıxmaqla respublikanın qərb zonası ilə təhlükəsiz, iqtisadi baxımdan daha səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək”- deyə, o bildirib.
A.Nəcəfli əlavə edib ki, yolun tikintisinə əsasən Novxanı-Masazır, Novxanı- Kürdəxanı hissəsində yolun çəkilişi həyata keçiriləcək.
A.Nəcəfli onu da deyib ki, artıq yolun bir  hissəsiistifadəyə verilib.
Qeyd edək ki, bu yol Novxanı-Masazır, Xırdalan-“Qafqaz Universitetinin” yan hissəsindən keçməklər, həmçinin Bakır-Rusiya magistral yolunun üstündən keçərək Bakı-şamaxı magistral yoluna birləşəcək.