Bilgəh çimərliyində iyrənc mənzərə – RƏSMİ AÇIQLAMA + VİDEO

  • By admin
  • 21 İyun 2021 16:55

Sosial şəbəkədə tez-tez kanalizasiya sularının Bakının müxtəlif qəsəbələrindəki dənizə axıdıldığını əks etdirən görüntülərə rast gəlirik.

Gununsesi.info xəbər verir ki, belə bir hal bu dəfə Bilgəh qəsəbəsindəki çimərlikdə baş verib.

Baku.ws-in qaynar xəttinə daxil olan görüntülərdən məlum olur ki, çimərlik ərazisinə çirkab suları axıdılır.

Çimərlik mövsümünün başladığını nəzərə alsaq, dəniz suyunun natəmizliyi böyük narahatlıq yaradır. İllərdir ki, çimərliklərə çirkab sularının axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilsə də, hələ də çimərlik ərazilərinə kanalizasiya sularının axıdılması davam edir.

Mövcud problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirilib ki, sözügedən ərazidə araşdırma aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

Gununsesi.info