Bill Qeytsdən xəbərdarlıq: Suni Zəka Google və Amazon şirkətlərini bitirəcək

  • By admin
  • 26 May 2023 10:37

Dünyaca tanınmış milyarder və iş adamı Bill Qeyts suni zəka ilə bağlı təsirli açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qeyts suni zəkanın Google və Amazon şirkətlərini bitirəcəyini iddia edib.

“Microsoft”un qurucusu suni zəkanın hər iki şirkətin sonunu gətirəcəyini açıqlayıb.

“Fərdi köməkçiliyi kim qazanarsa, qazansın, bu böyük bir şey olacaq. Çünki bir da əsla axtarış motoruna girməyəcəksiniz. Bir daha əsla Amazona giriş etməyəcəksiniz”, – deyə Bill Qeyts vurğulayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info