
Dünyanın ən varlı adamı olan 78,9 milyard dollar sərvətə sahib Bill Qeytsin yaşadığı ev görənlərin marağına səbəb olur.
Gununsesi.info xarici mediyaya istinadən məlumat verir ki, “Microsoft” şirkətinin sahibi “Citizen Kane” filmindəki baş obrazın evindən ilhamlanaraq öz malikanəsinə “Xanadu 2.0.” adını verib. 5 min kvadratmetrlik sahədə tikilən evdə texnologiyanın imkanlarından maksimum istifadə olunur. Bu evdə müəyyən sistemin köməyi ilə qonaqların otağındakı havanın temperaturuna və işıqlandırmaya nəzarət etmək mümkündür.
Onu da qeyd edək ki, Bill Qeyts hər il bir milyon dollara yaxın əmlak vergisi ödəyir.
Nigar
Gununsesi.info