Bill Qeytslə bağlı araşdırma başladı

  • By admin
  • 15 Yanvar 2022 15:10

Amerikalı milyarder iş adamı Bill Qeyts cinsi qısnama iddialarına görə problem yaşayır. “Microsoft” şirkətin qurucusu Qeytsin keçmişdə şirkət işçilərinə cinsi təcavüz etdiyinə dair iddiaları araşdırmaq üçün hüquq firması ilə müqavilə bağlayıb.  

Gununsesi.info “TRT HABER”-ə istinadən xəbər verir ki, “Microsoft” şirkətin qurucusu Bill Qeytsə qarşı ittihamları araşdırmaq üçün hüquq firması ilə anlaşıb.Bu, şirkətin bəzi səhmdarlarının şirkətdəki cinsi qısnama iddiaları ilə bağlı məlumat istəməsindən sonra baş verib.

Bill Qeyts də daxil olmaqla, şirkətin yüksək vəzifəli rəhbərlərinə qarşı cinsi təcavüz iddiaları qaldırılıb. Bildirilir ki, bu iddialar 2000-ci ilə aiddir. İstintaqın nəticələri bir neçə aydan sonra bəlli olacaq.

Vurğulanıb ki, Bill Qeyts 2020-ci ildə keçmiş şirkət işçisi ilə münasibətlərinə dair araşdırmalardan sonra 2021-ci ildə həyat yoldaşından boşanıb. Amerikanın “New York Times” qəzeti Bill Qeytsin bəzi işçilərinə cinsi təcavüz etdiyini və onun pedofil Cefri Epşteynin yaxın dostu olduğunu iddia edib.

Bütün iddiaların şirkətin səhmdarlarının baş verənlərlə bağlı məlumat almaq hüququ çərçivəsində araşdırılacağı və nəticəsinin bir neçə aydan sonra bəlli olacağı bildirilib.

Gununsesi.info