Binəli Yıldırım ABŞ müdafiə naziri ilə bağlı qapı arxasında görüşdü

  • By admin
  • 11 May 2017 16:22

1490973_940x531

Bu gün Türkiyənin baş naziri Binəli Yıldırım Amerikanın müdafiə naziri Ceym Mattislə görüşüb.

Gununsesi.info cnnturk-ə istinadən xəbər verir ki, görüş Londonda Somali ilə bağlı təşkil olunan konfrans çərçivəsində baş tutub.

Görüş Böyük Britaniyanın Xarici İşlər Naziriliyinin Lancaster House binasında bağlı qapılar arxasında reallaşıb. 30 dəqiqə davam edən görüşdə Suriya böhranı, xüsusən də ABŞ-ın son günlərdə YPG terror təşkilatına silah verməsi məsələsi ciddi müzakirə olunub.

Pentaqonun verdiyi məlumata görə, ABŞ müdafiə naziri Binəli Yıldırımla Türkiyə ilə NATO çərçivəsindəki əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. C.Mattis deyib ki, NATO Türkiyəni bundan sonra da müdafiə edəcək.

Gununsesi.info