![](https://www.gununsesi.info/wp-content/uploads/2022/10/1666861774_e7e67312-5aa0-4a8e-a53a-f9200036ffcd.jpg)
Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb.
Gununsesi.info bildirir ki, bu barədə NTV məlumat yayıb.
Yıldırım qəza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Düz bir həftə əvvəl, oktyabrın 20-də prezident Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar nümayəndə heyəti olaraq bir günlük səfərə çıxdıq. Maşınımız geri dönərkən qəzaya uğradı. Ağır qəza oldu, bir az salto etdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün 2 əməliyyat lazım idi. Qabırğamda da 2 sınıq var, onlar da zamanla sağalacaq. Müliacəmizə evdə davam edəcəyik”, – Yıldırım qeyd edib.
Gununsesi.info