Binəli Yıldırım ondan xahiş edən gənc oğlana telefonla qız istədi

  • By admin
  • 10 Mart 2017 12:09

bineli-yildirim-elcilik-300x169

Türkiyənin Baş naziri Binəli Yıldırım Quzey Kıbrısdan dönüşü zamanı təyyarədə Yücel Çakmak adlı gəncə telefonla qız istədi.

Gənc qızın atası ilə telefonda danışan Yıldırım :”Yanımda kim var, təxmin edin, görüm? Yücel Çakmak adlı bir gənc var” dedi. Qızın atası bu sözlərə cavab olaraq “Özünü eşitdim, amma tanış ola bilmədik, Baş nazirim” söylədi.
Baş nazir Yıldırım səfərdən döndüklərini bildirərək: “Bu anda Kıbrısdayıq, təyyarə hərəkət edəcək. Yücel inadla“mənim üçün bir telefon edin” dedi. Təyyarəni dayandırdıq. Allahın əmri ilə, Peyğəmbərin sünnəti ilə talibin. Qızınızı oğlumuz Yücelə istəyirik” dedi.
Qızın atası da “Baş nazirim, boynumuz qıldan incə. İnşallah. Mən görmədim, etmədim. Nəsib, baş nazirim” qarşılığını verdi.
Yıldırım da “inşallah, ən qısa zamanda əl öpməyə gələ, xanıməfəndiyə, uşaqlara çox salam, Allaha əmanət olun” deyərək sözlərini bitirdi.
Yücel Baş nazir Yıldırıma təşəkkür edərək, onun əlini öpdü. Baş nazir işin diqqətdə saxlanması üçün yanındakılara göstəriş verdi.(Azadlıq.info)

Gununsesi.info