Binəli Yıldırım: “Özlərinə qalsın viza rejimi” - Avropanı sərt tənqid etdi

  • By admin
  • 14 İyun 2016 14:59

bineli

 

Türkiyə baş naziri Binəli Yıldırım AK partiyasının toplantısında Avropa İttifaqının ünvanına sərt çıxış edib.

Gununsesi.info xəbər verir ki, Yıldırım viza rejiminin ləğvi üçün Avropanın Türkiyədən istədiyi 72 maddənin bir çoxuna əməl etdiklərini bildirib:

“Son zamanda önümüzə bir şey çıxardılar. Bunların vərdişidir bu. Son deyəcəklərini saxlayıb işlər qaydasında gedən zaman ortaya çıxarırlar.

İndi də terrorla mübarizə şərtini ortaya atdılar. Bu dostluğa sığarmı? Bu şərtlər altında terrorla mübarizə qanununda hər hansı dəyişiklik müzakirə mövzusu ola bilməz. Bunun sonu vizasız rejim olsa belə. Qoy, özlərinə qalsın vizasız rejim. Türkiyə artıq 60-cı illərin Türkiyəsi deyil”. (Qafqazinfo)