Binəli Yıldırım Rusiyay gedir

  • By admin
  • 15 Noyabr 2016 15:37

bineli

Türkiyənin Baş naziri Binəli Yıldırım bu il dekabrın 5-6-da Rusiyaya rəsmi səfər edəcək.

Bu barədə RİA “Novosti”yə Türkiyə hökumətindəki mənbə bildirib.

Ümumiyyətlə, bu, Binəli Yıldırımın may ayında baş nazir təyin edilməsindən sonra Rusiyaya ilk səfəri olacaq.

“Hürriyet” qəzetinin yazdığına görə, Rusiya baş nazir Dmitri Medvedevlə görüşündə B.Yıldırımın iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımları müzakirə edəcəyi gözlənilir.

Nəşrin verdiyi məlumatda gündəmdəki müzakirə mövzularına Rusiya və Türkiyə arasında ticarətdə milli valyutaya keçid, azad ticarət zonasının yaradılması, eləcə də turizmin inkişafı daxildir. Qəzet yazır ki, iki ölkənin baş nazirləri Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizədə Rusiya-Türkiyənin əməkdaşlığını da müzakirə edə bilər.

Gununsesi.info